`Parlamentin qərarını təsdiqləyəcəm` - Ərdoğan ölüm hökmü ilə bağlı


04:16     08 Avqust 2016 140312-erdogan-editorial4.jpg

Ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiq edəcəm.


Femida.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən mitinqdə bəyan edib.

“Bugünkü tədbirdə siyasi partiyaların rəhbərləri də iştirak edir. Bu ölkədə hakimiyyət qeyd-şərtsiz xalqa məxsusdur. Xalq isə ölüm hökmünün tətbiqinin tərəfdarıdır. Məsələyə Türkiyə Böyük Millət Məclisi baxmalıdır. Əgər parlament bu tələbi dəstəkləsə, bundan sonra atılacaq addım bəllidir. O zaman mən ölüm hökmü ilə bağlı parlamentin qərarını təsdiq edəcəm. Xalq öz sözünü deyib. Güman edirəm ki, siyasi partiyaların qərarı da müvafiq olacaq”, deyə Ərdoğan bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1511